Gemuel proqramı
2006-ci ildən başlayaraq müəllim seçimi prosesi Hazırlıq Kursunun müəllif proqramı olan "Gemuel" xüsusi proqram təminatı vasitəsi ilə keçirilir. Bu proqram müasir psixolojı-pedaqojı təcrübələrindən yararlanarkən, illər ərzində topladığımız təcrübə, araşdırmalar, müşahidələr əsasında yaradılıb və artıq bir neçə ildir öz bəhrəsini verir.
Müəllimlərin uşaqlar ilə ünsiyyət qurmaq bacarığı, tədris etdikləri fənnə maraq yaratmaq imkanları, dinləyicilərə imtahana hazırlığın incəliklərini sərbəst aşılamaq qabiliyyəti, işə qəbul zamanı əsas görürülür. Kursa müəllim qəbulunun müsabiqə şərtləri ciddi və tələbkardır fənn biliyi ilə yanaşı möhkəm tədris metodikaya yiyələnənlərə, dinləyicilərin psixoloji durumunu dərindən dərk edənlərə üstünlük verir.
İmtahan fənləri - nəticələrinin işlənməsi
Qəbul imtahanları, Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilir. İxtisaslar dörd ixtisas qrupuna bölünür.
ÜMUMİ SINAQ 1
Əziz abituriyentlər 2012-ci il aprelin 15 tarixində tədris ilin əvvəlindən aprelin ortasına qədər dərs deyilmiş mövzular əsasında ümumi sınaq imtahanı keçiriləcək. İmtahan proqramı ilə burada tanış ola bilərsiz.
POLİS AKADEMİYASINA SƏNƏD QƏBULU BAŞLADI
Ərizə və sənədlərin qəbulu 2012-ci ilin mart ayının 01-dən aprel ayının 10-dək olan müddətdə (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10°°-dan 17°°-dək həyata keçiriləcəkdir.


